Sabunçuda yaşayış binasında yanğın olub

Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə binanın 2-ci mərtəbəsində ümumi sahəsi 112 kvadratmetr olan dördotaqlı evdə qeydə alınıb. Nəticədə evin bir otağında divan və bir məişət texnikası yanıb. Yüksək temperaturdan məişət texnikasının bir qismi əriyib. Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə