Mingəçevirdə iki maşın toqquşub

Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib. "Report”un Şirvan bürosu xəbər verir ki, şirkətə məxsus “Ford” markalı yük mikroavtobusu Samux küçəsində “Fiat”la toqquşub.

Qəza nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb.Yaralılar - 1991-ci il təvəllüdlü Ağdam rayon sakini Azərli Əkbər Azər oğlu və 1982-ci il təvəllüdlü Kərimov Zaur Fikrət oğlu xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə