Xaçmazda ölümlə nəticələnən yol qəzası olub

Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndov-Yalama avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində "Toyota Prado", "VAZ-2106" və "VAZ-21099" markalı avtomobilləri toqquşub.

Qəza nəticəsində "VAZ-2106"-da olan bir nəfər Xaçmaz sakini ölüb, 1994-cü il təvəllüdlü Mürsəlov Kamran Mürsəl oglu isə ciddi bədən xəsarətləri alıb. Yaralı dərhal Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək müvafiq tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə