Yük maşını avtobusa çırpıldı VİDEO

Binəqədi rayonu ərazisində (Biləcəri dairəsi) nasaz vəziyyətdə yola çıxmış ağır tonnajlı yük maşını "Xaliq Faiqoğlu" şirkətinə məxsus 135 saylı xətt üzrə hərəkət edən avtobusu vuraraq qəza törədib. SİA-nın məlumatına görə, yüklə dolu “Shacman” markalı, 90 NM 518 dövlət qeydiyyat nişanlı yük maşını gəldiyi sürətlə “Daewoo” markalı, 10 TG 031 nömrə nişanlı avtobusa çırpılıb. Avtobusun salonundakı sərnişinlər arasında xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Qəza nəticəsində şirkətə böyük miqdarda maddi ziyan dəyib. Artıq bununla bağlı ölçü götürülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə