DSX uğurlu fəaliyyətini davam etdirir

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində son gün­lər­də 2 xarici vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­can Respublika­sının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb. DSX-dan SİA-ya bildirilib ki, iyunun 17-də “Bakı-Doha” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı 1991-ci il təvəllüdlü Ali Shah adlı Pakistan vətəndaşının paspor­tundakı Yaponiya vizasının həqiqiliyi şübhə doğurub, laboratoriya şə­raitində də­rin­ləşdirilmiş yoxlama zamanı vizanın saxta olması təsdi­qini tapıb.

İyunun 19-da “Bağdad-Bakı” reysi ilə gəlmiş İtaliya vətəndaşı 1985-ci il təvəllüdlü Yousif İbrahim John adlı şəxsin pasportunun hə­qiqiliyi şübhə doğurub, dərinləşdirilmiş yoxlama nəticəsində paspor­tun məlumat səhifəsi dəyişdirilməklə saxtalaşdırılması müəy­yən edil­ib. Araşdırma nəticəsində həmin şəxsin 1983-cü il təvəllüdlü İraq vətəndaşı Hayder Hashim İbrahim olması müəyyən olunub.

Saxlanılmış əcnəbilər barəsində müvafiq təd­bir­­lər həyata keçirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə