Neftçalada 19 yaşlı gənc özünü asıb

Neftçala rayonunda 19 yaşlı gənc intihar edib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaravəlli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1999-cu il təvəllüdlü Sadiq Elşən oğlu Ələkbərov həyətyanı sahədəki tövlədə özünü asaraq intihar edib.

Onun günorta saatlarında atası ilə birgə evə gəldiyi, daha sonra isə cansız meyitinin qara kəmərlə asılmış vəziyyətdə aşkarlandığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə