Abşeronda ölümlə nəticələnən yol qəzası olub

Abşeron rayonunda 65 yaşlı piyadanı avtomobil vurub. "Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1953-cü il təvəllüdlü Siyab Mirzəxan oğlu Süleymanov yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı aldığı xəsarətlərdən yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...