Sumqayıt Dövlət Universitetinin əsas binasının girişi uçdu

Sumqayıt Dövlət Universitetinin (SDU) əsas binasının girişi uçub. Məlumata görə, hadisə zamanı ölən və ya yaralanan olmayıb.

SDU-nun mətbuat katibi bildirib ki, hadisə saat 15:30 radələrində baş verib: "Əslində, kənarında çat əmələ gəldiyi üçün giriş bağlanılmışdı və tələbələrin oradan keçməməsi üçün nəzarət edilirdi. Hətta həmin girişin təmiri üçün müraciət də olunmuşdu. Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavan çöküb, yararsız vəziyyətə düşüb. Öncə əmələ gələn çatları nəzərə alaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə ilə bağlı müvafiq strukturlara məlumat verilib. Tələbələr binaya daxil olmaq üçün digər girişlərdən istifadə edirlər. Məsələ tezliklə həll ediləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə