Dübəndidə maşın dirəyə çırpıldı - Ölənlər var

Xəzər rayonunun Dübəndi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən SİA-ya verilən məlumata görə, iyunun 20-də saat 09:00 radələrində qəsəbə ərazisində Bakı şəhər sakini İsmixan Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə onun sərnişinlərindən - qızı Rəna və qardaşının arvadı Sona Əliyeva hadisə yerində ölüb, özü və digər sərnişini - arvadı Narıngül xəstəxanaya yerləşdirilib, İsmixan Əliyev orada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə