5 tona yaxın çətənə kolları məhv edilib

Oğuz və Tərtərdə 5 tona yaxın çətənə kolları məhv edilib. DİN-dən SİA-ya verilən məlumata görə, Oğuz RPŞ-nin əməkdaşları tərəfindən Calud kəndi ərazisində çəkisi 2,5 ton olan 6300 ədəd, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən isə Xoruzlu kəndi ərazisində çəkisi 1,7 ton olan 1025 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...