Qızıl mağazası qarət edildi

Lənkəranda mağazadan külli miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qızıl satışı mağazalarının birindən 20 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakini Vüsal Ağayev saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...