Elektrik naqillərinin "qənimi" tutuldu

Həyətlərdən elektrik naqili oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 16-da N.İmamverdiyevin həyətyanı sahəsindən təmir-tikinti aləti və 120 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fəqani Əsədov saxlanılıb. Onun həmin gün M.Ə.Rəsulzadə və Biləcəri qəsəbələrində daha 3 həyətyanı sahələrdən 420 metr elektrik naqili oğurlaması da müəyyən edilib

Bütün xəbərlər Facebook səhifəmizdə