Bakının Qaradağ rayonunda ev yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 300 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 70 m² və dam örtüyü 170 m² (ümumi 240 m²) sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə