Tərtərdə oğurluq edən şəxs tutulub

Tərtər rayonunda evlərin birindən oğurluq edilib. Teleqraf.com xəbər verir ki, rayonun Bayandurlu kəndindəki evlərin birindən 385 manat oğurlanması barədə polisə məlumat verilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini olan bir yeniyetmə saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə