Lerik rayon sakini intihar edib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Piran kəndində 1961-ci il təvəllüdlü Mirzahid Abuzər oğlu Əliyev həyətyanı sahədə özünü asaraq öldürüb. Qeyd edək ki, mərhum ailəli olub, 3 oğlu və 1 qızı var. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə