Evdən çıxa bilməyən ağır çəkili qadını FHN xilas etdi

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan 1948-ci il təvəllüdü Əhmədova Seyidxanım Qəndalı qızının halının kəskin pisləşməsi ilə əlaqədar onu təcili xəstəxanaya çatdırmaq zərurəti yaranıb, lakin ağır çəkili olduğundan bu mümkün olmayıb.

FHN xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xəstənin təcili xəstəxanaya çatdırılmasına kömək məqsədilə xilasedicilər S.Əhmədovanı evdən çıxarıb və həkim briqadasına təhvil veriblər. Əməliyyat başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə