Qəbələ sakinindən sənədsiz odlu silah götürülüb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Vəndam qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlimran Mirzalıyevdən 1 ədəd, müvafiq sənədləri olmayan təklülə, qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə