Saatlıda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb

Saatlı rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb. Hadisə Hacıqabul-Horadiz magistralının Saatlı rayonunun Qaranuru kəndi ərazisindən keçən hissəsində baş verib. “VAZ 2105” markalı avtomobil “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Xəsarət alanlar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan vəziyyəti ağır olan 2 nəfər Bakıdakı ixtisaslaşdırılmış xəstəxanaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə