Bakıda mağazadan pul oğurlayan şəxs tutulub

Bakıda mağazadan pul oğurlayan şəxs tutulub. DİN-dən SİA-ya verilən məlumata görə, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 14-də rayon ərazisindəki mağazaların birindən 1273 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Şahmurad Xudaverdiyev saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə