Gəncədə 25 yaşlı gənci maşın vurdu

Gəncə şəhərində yol qəzası baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Aydın Quliyevi maşın vurub. Xəstəxanaya çatdırılan gəncin vəziyyəti normaldır. Hadisə Gəncənin Poçt qəsəbəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə