4 yaşlı uşaq 2 yaşlı qardaşını güllələdi

ABŞ-da 4 yaşlı uşaq 2 yaşlı qardaşını güllələyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə azyaşlının həqiqi silahı oyuncaq sanması nəticəsində baş verib.

Hadisə zamanı ananın evdə olduğu bildirilir. Qonşular ailənin yeniyetmə yaşlarında daha iki oğlunun olduğunu söyləyiblər.

Polis azyaşlının silahı necə əldə etməsi ilə bağlı araşdırmalara başlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə