Ana 11 yaşlı qızına 70 bıçaq zərbəsi endirərək evdə yandırdı DƏHŞƏT

Oklahoma şəhərində qadın 11 yaşlı qızına 70 bıçaq zərbəsi vurub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qız möcüzə nəticəsində sağ qalsa, hazırda vəziyyəti kritikdir.

Belə ki, çoxuşaqlı ana Tairə Əhməd 11,9 və 8 yaşlı qızlarına qəzəblənib.

Məlumatlara görə, qadını qızlarının nəsə oxuyub, ona baxmağı qəzəbləndirib ( lakin uşaqların nə oxuması polis tərəfindən dəqiqləşdirilməyib). Bundan sonra qadın qızlarını bağlayaraq, böyük qızını döyməyə başlayıb. Qız özünü müdafiə etməyə başladıqda ana onu başından vurmağa başlayıb. Dəhşətli hadisə zamanı ortancıl qız xilas olaraq kiçik qızın əllərini açaraq qonşuların köməyi ilə qaça bilib.

Böyük qızına işgəncə verən ana onu yox etmək üçün evi yandırıb. Daha sonra ana kiçik qızını götürərək hadisə yerindən qaçıb. Xoşbəxtlikdən yaralı qızı yanan evdən çıxardaraq, hospitallaşdırmaq mümkün olub. Lakin aldığı xəsarətlərdən onun tam sağalacağı məlum deyil.

Ananı həmin gün həbs etmək mümkün olub. Qadın uşaqlar acınacaqlı davranmaq və onlara qarşı sui-qəsd və yanğın törətməkdə təqsirləndirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə