Sumqayıt sakini həyat yoldaşını öldürüb

Mayın 17-də Sumqayıtda dəhşətli qətl hadisəsi törədilib. Şəhər sakini həyat yoldaşını qətlə yetirib. Hadisə şəhərdəki 9-cu mikrorayon ərazisində baş verib. Sumqayıt Şəhər Prokurorluğundan AZƏRTAC –a bildirilib ki, saat 15 radələrində şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisədən sonra qətli törədən şəxs könüllü olaraq polisə təslim olub.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə