Tovuzda qadını ilan sancıb. APA-nın Qərb bürosunun məlumatına görə, Qovlar sakini, 1989-cu il təvəllüdlü Qasımova Esmira Novruz qızı sol ayağının ilan sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Qadın əkin sahəsində işləyən zaman ilan onu sancıb. Qeyd edək ki, bu, son bir ay ərzində Tovuzda üçüncü ilan sancması hadisəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə