Yanacaqdoldurma məntəqəsindən pul oğurlayan şəxs saxlanılıb

Masallıda yanacaqdoldurma məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən SİA-ya verilən məlumata görə, mayın 12-də saat 5 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Masallı rayonunun Şərəfə kəndi ərazisindəki yancaqdoldurma məntəqələrinin birindən 1 448 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin məntəqədə işləyən kənd sakini Pərviz Cabbarov “isti izlər”lə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə