Toya gedərkən qəzaya düşdülər – 2 ölü, 3 yaralı

Şəmkirdə ağır yol qəzası baş verib. Məlumata görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb. Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...