Karaokedə yanğın 18 nəfər ölüb

Çinin cənubunda yerləşən Quandon əyalətinin Qingyuan şəhərində karaokedə baş verən yanğın nəticəsində 18 nəfər ölüb, 5 nəfər isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə şəhər polisi məlumat yayıb.

Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb olunub. Fövqəladə xidmətin operativ fəaliyyətinə baxmayaraq, ölüm halı qaçılmaz olub.

Yaralılar təcili şəkildə xəstəxanalara çatdırılıb.

Yanğının səbəbləri məlum deyil. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İlkin məlumata görə, yanğın bilərəkdən də törədilə bilər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə