Gəncədə avtomobil piyadanı vurub

Gəncədə avtomobil piyadanı vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Yeni Gəncə qəsəbəsindən Poçt qəsəbəsinə gedən yolda qeydə alınıb.

Yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Oqtay Həsənov hərəkətdə olan “Opel” markalı avtomobil tərəfindən vurulub. Sürücü xəsarət alan şəxsi dərhal xəstəxanaya çatdırıb. Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə