İndoneziya sahillərində 5.6 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geologiya xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Papua əyalətinin Jayapura şəhərindən 290 kilometr şimal-qərbdə yerləşib. Təbii fəlakət 10 kilometr dərinliyində baş verib.

Zərərçəkən və dağıntılar haqqında heç bir məlumat yoxdur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə