3 yaşlı uşaq hamilə anasını silahla vurdu FACİƏ

ABŞ-da 3 yaşlı qız təsadüfən hamilə anasını silahla vurub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə İndiana şatatında baş verib. Belə ki, 3 yaşlı qız 1 yaşlı qardaşı ilə avtomobilin arxa oturacağında oturub. Mağazaya daxil olmaq üçün avtomobildən düşən atası Menzo Brazier silahını götürməyi unudub. 3 yaşlı qız silahı əlinə aldıqda qəfildən atəş açılıb. Güllə qarşı oturacaqda əyləşən ananın sağ çiyninə dəyib. Qadın 7 aylıq hamilə olub. Xoşbəxtlikdən əməliyyat uğurla başa çatıb.

Lakin qızın atası cinayətdə törətməkdə ittiham olunur

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə