Bakıda evlərdən silsilə oğurluq etmiş şəxs saxlanıldı

Bakıda evlərdən silsilə oğurluq etmiş şəxs saxlanılıb. DİN-dən SİA-ya verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Ramiz Bayramovun ətrafında DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 4-cü və 6-cı PB-lərinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 24-dən aprelin 7-dək olan müddətdə Biləcəri qəsəbəsindəki 3 evdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə