Yanğın nəticəsində 5 nəfər ölüb

Rusiyanın Altay vilayətinin Kosix kəndində baş verən yanğın nəticəsində 5 nəfər həlak olub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, baş verənlərlə bağlı araşdırmalara başlanılıb.

"Aprelin 20-də gecə saatlarında Kosix kəndində fərdi evdə yanğın olub. Yanğın nəticəsində evdə olan 5 nəfər qazdan zəhərlənib", - deyə, məlumatda bildirilir.

Hazırda hadisə ilə bağlı istintaq aparılır. Baş verənlərlə əlaqədar cinayət işi açılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə