Ucarda iki nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, dünən axşam saatlarında şəhərin Oğuz küçəsində "Mercedes" və "VAZ-2107" markalı minik maşınlarının toqquşub.

Nəticədə Ucar rayonun Yuxarı Şilyan kənd sakini, 1996-cı il təvəllüdlü Uğur Güləhməd oğlu Rəhimov və şəhərin Vəsilə Zahidov küçəsində yaşayan, 1985-ci il təvəllüdlü Elnur Zahid oğlu Əliyev müxtəlif xəsarətlə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə