Səksən yaşlı qadını həmyerlisi döyərək öldürüb

Qubanın Qırmızı qəsəbəsində qətl hadisəsi törədilib. Qəsəbə sakini, 81 yaşlı Şuşan Samxayeva aprelin 17-də qəsəbədəki qəbristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olmuş Mişi Miqirov tərəfindən zorlanaraq döyülüb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, qapalı kəllə-beyin travması və ağır xəsarətlər alan ahıl qadın Quba rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, Samxayeva bu gecə saat 2-də xəstəxanada keçinib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Quba rayon prokurorluğundan cinayət hadisəsinə görə hələlik heç bir açıqlama verilmir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə