Qubada qətl törədilib. Bu barədə məlumat Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya daxil olub. Aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döyüb.

Nəticədə xəstəxanaya yerləşdirilmiş Ş.Sumxayeva orada ölüb.

Quba RPŞ-nin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb.

Araşdırma aparılır.

Elvin Paşazadə

Bütün xəbərlər Facebook səhifəmizdə