Bakı-Quba yol-nəqliyyat hadisəsi baş verib

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, magistralın Şabran rayonu ərazisindən keçən hissəsində 1959-cu il təvəllüdlü Cahangirov Asim Məmməd oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətdən ölüb. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Onun tutularaq istintaqa cəlb olunası istiqamətində əməliyyat-axtarış işləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə