Yevlaxda ağır yol qəzası baş verib. APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə Yevlax rayonu ərazisində baş verib. “VAZ-2106” markalı “66 BM 071” dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkət edərək idarəetməni itirib və yol kənarına düşüb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var. Yaralılar Yevlax Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, qəza zamanı avtomobildə 4 nəfər olub. Hazırda qəzanın səbəbləri və zərərçəkənlərin şəxsiyyətləri müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə