Köçkün şəhərciyində 13 yaşlı uşağı maşın vuraraq öldürüb

İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən Cəbrayıl köçkün şəhərciyində məskunlaşan azyaşlını avtomobil vuraraq öldürüb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “VAZ 2106” markalı avtomobil velosipedlə hərəkətdə olan Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Eyvazov Xəzər Hümbət oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə