Salyanda baş verən yol qəzasında bir nəfər ölüb

Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində baş verib. Neftçala şəhər sakini, 1994-cü il təvəllüdlü Niftəliyev Rza Hicran oğlu idarə etdiyi “PRİYORE” markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib və avtomobil yolun kənarındakı dirəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Rza Niftəliyev Neftçala Rayon Polis şöbəsinin əməkdaşı polis baş leytenantı olub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə