FHN Saatlıda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb

FHN Saatlı rayonunda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan xəbərə görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə Saatlı rayonu, Qaralar kəndində "Mercedes" markalı minik avtomobili və "Shacman" markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər minik avtomobilinin sürücüsü, 1987-ci il təvəllüdlü Allahverənov Əli Təşkilat oğlunun cəsədini və müxtəlif xəsarətlər alaraq sıxılmış vəziyyətdə qalmış digər sürücü, 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlunu deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə