49 yaşlı kişini maşın vurub

Sumqayıtda 49 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın verdiyi məlumata görə, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Nahid Arif Oğlu Baxışov H.Z.Tağıyev qəsəbəsi ərazisində naməlum avtomobil tərəfindən vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...