Murmanskda bina partlayıb, 2 nəfər ölüb

Rusiyanın Murmansk şəhərində yaşayış binasında partlayış olub. Qaz sızması nəticəsində baş verən partlayışda arakəsmələr və 2-5 mərtəbələrin daxili divarlarının bir hissəsi dağılıb.

Hadisə zamanı 2 nəfər həlak olub, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bir neçə nəfərin mənzildə, 2-nin isə dağıntılar altında qaldığı deyilib. Rusiya Fövqəladə Hallar İdarəsinin yaydığı son məlumata görə, dağıntılar altında qalanların hamısı artıq çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...