Gəncədə 58 yaşlı qadın intihar edib

Gəncədə 58 yaşlı qadının boğazı kəsilmiş cəsədi tapıldı. Teleqraf.com xəbər verir ki, şəhərin Nizami küçəsində olan evlərin birində yaşayan 1960-cı il təvəllüdlü Həsənova Firdus Rafiq qızının meyiti evin vanna otağında boğaz nahiyəsindən damarı kəsilmiş vəziyyətdə tapılıb. Onun intihar məqsədi ilə damarını kəsdiyi bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə