Masallıda ikimərtəbəli yaşayış evi yanıb

Masallı rayonunda ikimərtəbəli yaşayış evi yanıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Mahmudavar kəndi ərazisində qeydə alınıb. Yanğın zamanı kənd sakini Əcəbnisə Cəbrayıl qızı Qasımovaya məxsus 8 otaqlı, 280 kvadrat metrlik evin 160 kvadrat metrlik hissəsi içindəki əşyalar ilə birgə yanaraq kül olub. Evin qalan hissəsi hadisə yerinə çağırılmış yanğın bölmələri tərəfİndən söndürülüb.

Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə