Salyanda ağır yol qəzası baş verib

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, rayonun Qaraçala kəndində VAZ 2106 markalı minik avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan Salyan rayonu Qarabağlı kənd sakinləri, 1993-cü il təvəllüdlü Məhərrəmov Yusif Sübhan oğlu və 1989-cu il təvəllüdlü Qaraxanov İlkin Ziyəddin oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...