Bakıda yaşayış binasında yanğın olub. SİA FHN-nə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümümi sahəsi 130 m² olan 3 otaqlı mənzilin dəhlizində 14 ədəd qoruyucu açar, 3 p.m elektrik naqilləri və 2 m² sahədə döşəmə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə