Mingəçevir şəhərində mənzildən kişi meyiti aşkar edilib. "Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 21, mənzil 3 ünvanında qeydə alınıb.

Qonşuların məlumatı əsasında həmin binanın birinci mərtəbəsindəki mənzilə pəncərədən daxil olan hüquq-mühafizə orqanları əməkdaşları 1936-ci il təvəllüdlü ev sahibi Çingiz Bənəçi oğu Qarayevi ölmüş vəziyyətdə aşkar ediblər. Kişinin öz əcəli ilə köməksiz şəraitdə vəfat etdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə