Egey dənizində qayıq çevrilib, 16 miqrant ölüb

Yunanıstanın Egey dənizi sahillərində qayığın çevrilməsi nəticəsində azı 16 miqrant ölüb. “Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Türkiyədən Yunanıstana gedən qayıqda ümumilikdə 20-yə yaxın şəxs olub. Ölənlərin meyitləri Yunanıstanın Aqatonisi adası sahillərində aşkar edilib.

Bildirilir ki, ölənlər arasında 6 uşaq və bir neçə qadın var. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə