FHN Novruz bayramı günlərində gücləndirilmiş rejimdə çalışacaq

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq. SİA məlumatına görə, Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ərəfəsində və bayram günlərində mümkün hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması və nəticələrinin çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib.

Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanmış, şəxsi heyət təlimatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə