Hacıqabulda dəhşətli yol-nəqliyyat qəzası

Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzası Hacıqabulun Atbulaq kəndi ərazisində “Mercedes” markalı avtomobilin yolda təmir işləri aparan maşınla toqquşması nəticəsində baş verib. İlkin məlumata görə, iki nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə